Anlamaq, anlayış və əsaslar.

Bilmək, başa düşmək, qavramaq..
Mənə hər zaman maraqlı olan mövzulardsan biri olub. İnsan beyni bu kimi şeyləri necə həyata keçirir? Ümumiyyətlə bu prosedur necə gedir?
– Hardansa istinad, referans, əsas alaraq..
Yəni belə desək, bizim orda duran hər hansısa əşyanın orda olduğunu anlamaq üçün əslində başqa bir şeydən əsaslanırıq. Buna aid bəzi fərziyyələr mövcuddur..

Ən təməl bir misal desək, əslində riyaziyyat fərziyyə üzərində qurulub. Məsələn, 0 və 1 var və bundan bütün riyaziyyat əmələ gəlib.. (əslində isə tək 1`dən) Və biz 0 və 1 rəqəmlərindən əsas alaraq bütün riyaziyyatı əmələ gətirmişik. Ümumuyyətlə tək riyaziyyatda yox, bütün kainatdakı hər şeyi başa düşmək, qavramaq üçün nələrdənsə, hər hansısa mənbəyə əsaslanaraq informasiyanı götürürük, istifadə edirik. Buna əslində məcburuq.
Daha sadə və aydın izah verim,
Məsələn, mənim hazırda qarşımda olan notebook`un burda olduğunu başa düşməyim üçün notebook`un stolun üstündə olmasını başa düşməliyəm. Və stolun da yerdə(döşəmə-pol) olduğunu, yerin də evin bir hissəsi olduğunu, evin də bir binanın hissəsi olduğunu, binanın da təməlləri olan betondan hazırlanmış bir tikili olduğunu və cazibə qüvvəsi nəticəsində planetimizin üstündə yerləşən bir obyekt olduğunu qavramalıyam.

Başqa bir misal, kub misalını götürsək, kub bizim tam olaraq qarşımızda dayansa və biz ona baxsaq onu kvadrat şəkilində görəcəyik, düzdür? Amma qarşımızdakı kubu əysələr biz onu 3D (3 ölçülü) şəkildə görərik. Yəni, kubun arxasını görməsəydik, ona fərqli bucaqlardan baxmasaydıq, qarşımızda olan kubun kvadrat olduğunu hesab edəcəkdik. Və bu da bizim tam olaraq əsas, istinad ala bilmədiyimizi göstərəcək əslində. Kubu fırlatsaq, başqa bucaqlardan baxsaq o zaman biz qarşımızdakının kub olduğunu başa düşəcəkdik..
Kainatda olan hər şeyi bu şəkildə başa düşürük, qavrayırıq. Müəyyən bir şəkildə olmalarını, bucaqlarını, uzaqlıqlarını və s. bildikdən sonra başa düşürük. Buna görə də bəzi tam qapalı həbsxana şəraitində yaşayan cinayətkarlar zaman və məkan anlayışlarını itirdiklərinə görə hansı zamanda, anda olduqlarını başa düşə bilməzlər. Gecə və gündüzdən əsas almadıqlarına görə vaxtı tam olaraq dərk edə bilməzlər. Zaman anlayışını itirməklə yanaşı bunu başa düşə bilməzlər.
Ümumiyyətlə heç vaxt gecə\gündüzü görməyən bir insan zamanın nə olduğunu heç vaxt başa düşə bilməz.
Bayaqdan çatdırmaq istədiyim odur ki, nəyisə başa düşmək üçün başqa bir anlayışdan əsas almalıyıq..Burdan da maraqlı sual ortaya çıxa bilər ki, bəs mücərrəd anlayışları nəyə əsaslanıb başa düşürük? – Bunlara mücərrəd anlayışlar deməyimizin səbəbi odur ki, hər hansısa bir şeydən əsassız olaraq qəbul etdiyimiz, aksiom kimi, isbatsız qəbul etdiyimiz düşüncə, fikirlər olduğundan bunu qəbul edirik. Seçimin aksiomu kimi bir şeydir bu da.. Seçimin aksiomu, riyazi dildə bu belə qəbul edilir: varlığına aid heç bir sübutu olmasına baxmayaraq bu sübut üçün lazımlı olan tənlikdə olan elementlərdir. Nəsə belə bir şeydir bunun izahı, ümidvaram başa düşə bilirsiz, yuxarında keçid əlavə etmişəm istəsəniz tam başa düşmək üçün özünüz oxuyub baxın.. Buna bir misal çəksək, işıq surəti maddənin qalxa biləcəyi ən çox surətdir. Bundan yuxarı çıxması mümkün deyil. Bu bir fərziyyədir. Düstur olaraq E=mc² şəklində görmək olar. Əslində bu Albert babanın ən böyük kəşflərindən biridir, kütlə və enerji bərabərliyinin özək düsturu hesab edilir. Mövzumuz E=mc² deyil 🙂 Amma bunu belə qəbul edirik, lori dildə desək görmədən…

Bəs bir insan öz mənliyini, özünü necə qavrayır, başa düşür? Nədən əsas alır?
Bunun cavabı da maraqlıdır, insan öz mənliyini başa düşmək üçün virtual mənlik yaradaraq ondan əsaslanır, reference alır.. Bu mənliyə də ego deyilir. Və öz eqosunu istinad edərək özünü iki ayaqlı, ətdən və sümükdən yaranan bir varlıq kimi olduğunu başa düşüb qəbul edir. Eqo burda virtual elementdir.
Ən maraqlı SUAL isə həqiqətən da insan ətdən və sümükdən təşkil olunan, iki ayaqlı bir varlıqdır?
İnsanı istinad aldığımız nöqtə onun bədənidirsə, bəli.. Əgər insanı istinad aldığımız nöqtə onun sosial rifahıdırsa, bəli..
Demək istədiyim, nəyinsə həqiqi informasiya olub-olmamasını qavradığımız reference aldığımız şeylərə baxıb qəbul edirik..  Yəni ki, yazdığım notebook`un stolun üstündə olduğuna əsaslandırıb notebook olduğunu başa düşürəm.
Bu vəziyyətdə belə baxanda müşahidəmiz həqiqi informasiyanı, reallığı dəyişdirir.
Bəzi şeyləri başa düşmək üçün istinad lazım olduğu deyilir. Biz də hansısa bir əsaslanma nöqtəsi ola bilərik, belə ki, ana və atalar bizim istinad nöqtələrimizdir. Biz varıq, çünki ana və atalarımız var(olub[*] ). Müşahidəçi olan bizlər də bir istinad nöqtəsi ola bilirik.. Belə vəziyyətdə, biz bir şeyi başa düşüb qəbul edəndə bir şeydən istinad alanda ümumi reallıqda bir element olaraq başa düşdüyümüz şeyi dəyişdirə bilirik görəsən? Maraqlıdır… Cavab isə təbii ki dəyişdirə bilirik.. Yəni ki, biz şərhlərimiz ilə reallığı dəyişdiririk.
Bu bütün hərəkətlərdə mövcuddur belə baxanda. Məsələn, siz bunu oxuyarkən reallığı dəyişdirirsiz, küçədə hərəkət edib bir dayanacaqda dayanan xanım reallığı dəyişdirir, it öz yeməyini yeyəndə reallığı dəyişdirir və s.. Çünki biz reallığın dəyişdiyini müşahidə edirik..

Bəs görəsən bilməyin, başa düşməyin bir limiti, sonu ola bilər? Çox maraqlı sualdır bu da….  Bilməyin, başa düşməyin sonu istinad aldığımız, əsaslandığımız obyektlərin bitməsi ilə olmalıdır. Bəs əgər istinad obyekti, əsaslanma nöqtəsi siz olsaydınız necə?  Bildiyiniz, qavradığınız, başa düşdüyünüz tək şey ən sonunda nə olacaq onda? Hər şey bilinəndən sonra nə qalacaq axırda? Özünüzün nə olduğunu bilmək. Daha düzgün bir sual isə, özünüzün nədən olduğunu bilmək..

Fikirlərinizi bildirə bilərsiniz…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *