I, Peat Goat II – simbolların mənası.

İlk olaraq video çarxı izləməyənlər izləsin:

Videoda həddən artıq çox simbol var. Videonu dəfələrlə izləmişəm, hər kadrda simbol var. İnternetdə çox araşdırdım. Hətta buna aid bir video da hazırladım. Sadəcə danışıq tərzim xoşuma gəlmədiyi üçün public etmədim videonu, ona görə də qərara gəldim ki, yazılı şəkildə təqdim edim.
Bu animasiyanın izahı haqda çox bloq oxumuşam, video çarxlara baxmışam. Çoox təəssüflər ki, bi animasiyanı illuminati-masonlarla əlaqəli olduğunu və bunu tətbiq etdiyini deyənlər çox idi.
Bu animasiyanı ərsəyə gətirənlər haqda video da izləmişəm, dediklərinə görə anmimasiyanı 4 ildə hazırlayıblar və həqiqətən də çox əmək sərf edilib. Bu qədər qısa metraja bu qədər mənalı, simbollarla bol olan video hazırlamaq çox çətin bir şeydir fikrimcə. İçində təbii ki, buna görə də mənaları olan çox simbollar mövcuddur. Giriş deyəsən çox uzun oldu. Keçək izaha:

0:11

0:11 saniyəyə diqqət yetirək, açılış səhnəsi. İlk olaraq, gördüyünüz kimi video bir keçi ilə başlayır, videoda keçinin alnında bir barkod var və barkodun altında diqqət yetirsək 666 yazısını görərik. İndi bu 666`nın şeytani bir mənası olmadığını demək çətindir.. Amma ki, burda belə bir şeydə var ki, hər hansısa istənilən bir məhsulun barkodunda üç dənə cüt uzun xəttlər olur, bu xəttlər 6 sayınnan üstüstə düşür.Və barkod sistemlərinin hamsında, istehsal edilmiş hər bir məhsulun barkodunda bu var, altı altı altı.. Aldığımız istənilən məhsulda bu rəqəmlər var.

0:15

Keçək növbəti kadra, 0:15 saniyə. Keçinin gözlərinin hipnoz edən bir effektdə olduğunu görürük. Daha doğrusu hipnoz altında olduğunu.
I Pet Goat ad olaraq hardan gəlir? Deməli bu Bushun 11 sentyabr hadisələri zamanı sinifdə əlində tərs olaraq tutduğu kitab “my pet goat” kitabındandır.  Adı da ordan gəlir, o məsələyə də bir mesaj var burdan.
Keçinin aşağısında başqa bir şəkil var(təbaşirlə çəkilmiş), bu şəkildə isə bəzi amerikadakı bloqlarda bunun Donald trump olduğunu izah edildiyini gördüm. Düzdür buna çox vaxt ayırmaq istəmrəm, çünki həddən artıq symbol, şəkil var, amma trumpın çıxışlarından bəzilərinin bu şəkildəki təsvirləə əlaqələndirənlər çoxdur, xüsusi ilədə başında olan kepkaya görə..

0:21

0:21 saniyədəki kadra baxaq. Göründüyü kimi burda bir kukla ustası var və əlində, barmağının üstündə bir dollar işarəsi olan bir üzük mövcuddur. İlk baxışdan da Ş hərfinə oxşayır. Bu kukla ustası bir nəfəri idarə edir. Keçək növbəti kadra..

0:28

0:28 saniyəyə gələk. Əvvəlki saniyədən bu saniyəyə kimi çox surətlə keçən kadrlar var. Bush gördüyünüz kimi kukla ustasının idarəsi altındadı. Yerlər damalıdır və Buşun bu əl hərəkəti əslində illuminatinin üçbucaq şəklilli göz tutma hərəkətidir.(Bu ss üçün 10 dəfə cəhd eləmişəm :d) Bu şəkildə başlayır əslində video, əvvəlcə bu işarəni edir Buş. Qəribə rəqs edir Corc Buş və rəqs edə-edə əlini elə qorxunc formaya salaraq sinifdəkilərə göstərir..

0:37

0:37 saniyəyə gələk.. Xüsusi detallara keçsək, gördüyünüz kimi sol üstdə bir bayquş işarəsi var və bu wisdom deməkdir, moloch deyil yəni. Bura bir ibtidai sinifdir, sinif otağıdır, uşaqlar çox balacadılar amma gördüyünüz kimi divarda lövhə var və lövhədə sağ yuxarıda bir penis işarəsi var.. Bu uşaq istismarına, uşaqların pedofilliyə doğru gedən, bu media mesajlarına ötürülən işarə kimi təsvir edilib. Və lövhədə çox qorxulu shark(köpəkbalığı) çəkilib. Bir azdan görəcəksiz, bushun arxasında yanan bir ev var, bu şiddətdir(ss add edəcəm). Bu şəkilləri lövhəyə uşaqlar çəkibdir, beyinlərindəki olan şeylərdir, təbii ki bunu müəllim çəkməyib. Uşaqların beynin içindəkiləri əslində rahatlıqla burdan görmək mümkündür, şiddət, qorxu,azyaşlı uşaqların istismarı-pedofillik var. Burda bir hangman oyunu oynanılıb, adam asma oyunu. Sol tərəfdə amerika ştatları-əyalətləri var və aşağıldada qar dənələri var..

0:44

0:44 saniyədəki kadra keçək. Bayaq dediyim yanan ev ilk olaraq(!).
Yuxarıda yenə detalları görürsüz, burda bir saat var, saat tən 12-dir, gecədir. Və bir günün qurtarıb növbəti günün başladığı saatdır. Arxada olan divar kağızına (oboy) baxsaq oboyda bir labirintin olduğunu görürük. Bütün bunların hamsı bir labirintin üstündədir.
Saatın solunda təkamülü xatırladan o məşhur şəkili görürük, son pillədə aydınlanmış insan var. Ondan əvvəldə isə bir homosapiens var, indiki insan və əlində silah var, tapança var həmin insanın əlində. Arada bir təbəqə-bənd var. Bu bənd keçmək anını izah edir.
Daha maraqlı yerə gəlsək, lövhənin üstündə hangman oyunundakı evolution yazısını görürük, təkamül deməkdir. Amma burda daha geniş və maraqlı məna gizlidir. Sözlər böyük hərflərlə başlayır. Evolution yazısındakı ilk böyük hərf L hərfidir. Və l-dən sağdan sola oxuduqda sevmək mənasını verən Love yazısını görürük. Tam sağdan sola oxuduqda isə I Love oxuyuruq və hangman – adam asmaq oyununu…

0:55 saniyəyə gələk..

Yerlər damalıdır. Buş danışa bilmir, qəribə bir şəkildə nəsə demək istəyir. Və Buş burda GOOFY personajındadır.(Goofy Mickey`nin axmaq it dostu idi, axmaq personajı xatırladır)
Buşun yanında olan qara dərili qadın isə həqiqətəndə 11 sentyabr hadisələri zamanı Buşun yanında duran müəllimi təsvir edir.
Keçək növbəti səhnəyə. Aşağıda F=-F düsturunu görürük, fizikadan bizə məlumdur. Nyutonun qanunlarından biridir, təsir əks təsirə bərabərdir deməkdir, yəni nəyəsə təsir edəndə buna əks olaraq qarşı bir təsirlə qarşılaşarsız.

0:57 – Devil horns

Buş eyni zamanda əlləri dayanmadan şeytanı xatırladan Devil Horns dediyimiz o işarəni nümayiş elətdirir..
Düsturun sağında bir beyin görürük. Bu beynin ortasından sarı rəngdə bir şimşək keçib, bunun nə demək olduğunu qabaqda görəcəyik. Və Əjdaha var və bir ürək də var burda. Əjdahaya baxanda bunun əjdaha ilini təmsil etdiyini görə biləcəksiz. Bu əjdaha simbolu beyin simbolunun üstündədir, daha doğrusu bunu eyni anda – ikisini eyni başa düşmək lazımdır. Göründüyü kimi ürək isə daha uzaq ayrı yerdə dayanıb. Eyni zamanda lövhədə çəkilmiş ürəklər də var.

1:05

1:05 saniyəyə keçək. Burda George Bush Barck Obamaya çevrilir. Buşun əvvəlcə papağı bir goofy papaq idi. Yəni axmaq, “mən axmağam” papağı. Obamanın papağı isə bir məzun papağıdır gördüyünüz kimi. Və belə daha ağıllı, və göz də vurur. Və gülür. Obamanın çox yaraşıqlı, eyni zamanda ağıllı və ağır baxışlı bir president personajı olaraq olduğunu görə bilirik. Onsuz da Obamaya gülməli olduğu göstərilir. Burdakı LOL(Laugh out loud – ucadan səsli gülmək) yazısı isə bunu sübut edir….

1:11 – burdan da görə bilərsiz..

 

 

 

 

 

 

1:17

1:17 saniyəyə diqqət yetirək. İndi burda biz çox gözəl bir səhnəyə gəldik.. Bu səhnədə ortada bir qız görürsüz. Qıs qızılı rəngli bir çevrənin içində oturub. Bu qoruma çevrəsidir başa düşdüyüm qədəri ilə. Arxasında isə həvarilər var. Hətta yəhuda da burda təsvir edilib, üzü cızılmış, cırılmış şəkildə.. 12 həvari. Burda həvarilərinin hamsının xüsusiyyətləri detallarda var. Önə çıxanlar isə əsasən görüb danışmayan, şübhəçi olan və s. kimi həvarilərdir. Damalı örtüklər və divarda yanan bir maral, dovşan və bir çiçək var, bura bir meşədir. Daha doğrusu bura dünyadır. Bura dünyamızdır deyə təsvir olunub. Burdakı maralın yanması nədir bunu görəcik bundan başqa burda bir çıxış var. İrəliləyən saniylərdə qızın əlindən alma düşür….

1:30

1:30 saniyəyə keçək.. Alma qızın əlindən düşüb gəlir.. Bu almanın nə olduğunu yəqin hammınız bildiz. Adəmin almasıdır.
Burda Obamanın ayağının altında bir pul var, diqqətlə baxsaz görəcəksiz. Bu kadrda bu pulun idarəsinin də Obamanın olduğu bir mövqenin – statusun – vəzifənin idarəsində olduğunu göstərir. Alma Obamanın ayağına gəlir. Bu qız almanı obamanın ayağının altına atır deməyimiz daha doğru olar. Soldakı bu işarələrin nə olduğu haqqında bir məna yoxdur. Daha doğrusu var. Sadəcə o qədər də vacib detal sayılmır…

1:37

1:37 saniyədə alma iki yerə bölünür. Bu duality deməkdir. Və duality birləşib tək bir şeyə yaradır. Bu lotus çiçəyidir. Dəyişim və evolution-təkamül mənasına gəlir. Və bu lotus çiçəyini video içində çox görəcik..

1:40

1:40 saniyədə Obama tərləyir. (:
Gördüyünüz kimi tərləyir, pis olur. Çünkü təkamülü gizlətməyə çalışırdılar onlar. Və saxlaya bilmədilər(növbəti saniyələrdə bunu görə bilərsiniz, ss əlavə etmirəm).

1:47

1:47 saniyəyə diqqət edək.
Divarda graffiti görürük. Psalm 23. Və sarı rəngli şimşək. Psalm 23-ü oxuya bilərsiz, Davuda aid birşeydir. İstəsəz axtara bilərsiz. Və orda “Tanrının mən olduğunu başa düşəcəksən” kimi bir sonluğu var. Bu insanın beyninə verilmiş əsəbdir. Psalm23-ü oxusaz başa düşəcəksiz bunu. İnsanın beyninin özünə verdiyi vicdan əzabını bildirir. “Və mən bunu etdiyimdə mənim rəbb olduğumu başa düşəcəksiz” deyilir…

1:53

1:53 saniyəyə gəlsək burda bir çox şey görəcik.. Deməli, bir USD bayrağı cırılaraq uçan parçasını görürük 1:47 saniyədən davam edəndə. Ekiz qüllələr var. Ekiz qüllələrin partlayışını görürük. Xüsusi ilə də pillələrlə partladığını(!). Və Birləşmiş krallığın məşhur simvolu olan BigBen də burda yer alıb…

2:04

2:04 saniyə.. Burda solda olan personaj çoxx vacibdir. Qoruyucu və kədərdən intihar edir. Bu hadisələrin hamsı 2001-də baş verir.. 11 sentyabr 2001-də olan son yüksəlişi, bundan sonra insanların irəli gedə bilməyəcəyini və bu intihar-düşmək də bunu canlandırır..

2:12

2:12 saniyəyə gələk. Az öncə biz müəyyən bir yerdə idik, buzlarla filan örtülü yer kimi. İndi ordan çxıırıq yavaş yavaş. Başqa yerdəyik və burada Anubisin gəmisi var. Styx çayının üstündə (Styx – ölülər ölkəsinə gedən çaydır bu).

2:19

2:19 saniyəyə gələk. Burada buzların üstündə Osama bin Laden`i saqqalllı şəkildə görürük, saqqalında olan başı aşağı alov işarəsinə diqqət yetirin, eyni zamanda qırmızı ayın altında dua edən kimi təsvir edilib. Arxasında olan əsgərlər tamami ilə xaraktersizdir. Osama bin Ladenin üzərində CIA forması var. Və qara qanadları var Ben Ladenin. Burda qara qanadların olması, tərs şəkilli alov simbolunun Osama bin Ladenin üzərində olması və əvvəlki gəmi səhnəsindəki insan İsanın olması İsanın tam tərsi bir hərəkət etdiiyini təsvir edir. Ben Laden burada bu personaj antichrist yerində olduğunu görə bilərik. 2001 – ci il, anthicrist, Usama Ben Laden. Maraqlıdır….

2:24

2:24 saniyəyə baxaq. Neft buruqlarını görürsüz. Sızıntı var və bu neft dənizə düşdükdə bütün müharribələr başlayır. İrəliləyən saniyələrdə(ss əlavə etmirəm) Davudun ulduzunu görürsüz Və azadlıq heykəlinin dağılmağının şahidi olursuz.. Bu kadrın da mənası əslində dərindir..

2:34

2:34 saniyəyə gələk.. Və burada bir uşaq var. Uşağın əllərinə baxanda onun dua edən pozisiyada olmasını görə bilərsiz. Əslində bətndə bu belə deyil, amma burda belə təsəvvür ediblər yaradıcılar. Və uşaq hələ doğulmadan onun burada olduğu yumurtaya ilan dolanır və bu ilan eyni zamanda bir monitora bağlanır. Monitorda isə tək gözlü bir xarakter var. Əsəri yaradanlar buna Draco deyillər, bu personaja.  Draco illumniatini təsvir edən bir personaj kimi təsvir edilib. Diqqət yetirsəz gözün altında “ordo ab chao” yazısı var. İvrit dilində “xaosdan gələn nizam” kimi tərcümə edilir. Bu da illuminatiya aid sloqanlardan biridir..
İlluminati mesajları videonun çox az hissəsidir..

2:41

2:41 saniyəyə gələk.. Bu səhnə haradadır?.. Və Anubisin gəmisinin üstündə İsanı görürük. Ürəyi alışıb yanan formada. Bu sevginin yanğını kimidir. Burada bu İsa Hz.İsanın təmsil etdiyi Christ`dır. Onun təmsil etdiyi dəyərdir. Bu personaj bu mesajıl ötürür yəni. Bundan başqa Buddanın təmsil etdiyi dəyərdir. Və bundan başqa bütün peyğəmbərlərin təmsil etdiyi dəyərdir. Christ dəyəri mi deyim, inancı mi deyim, bu anlayış Tanrıya yaxınlaşmanın açarıdır. Bu tövhid inancı, vəhdət inancı kimidir. Başa sala bildim bilmirəm. Bu yenidən doğulmaqdır(onun kimi birşey, təklik, vəhdət…).

2:45

2:45 saniyədə isə İsanın üzünü görürsüz. Gördüyünüz kimi gözləri bağlı hərəkət edir. Alninda birdənə də göz var. Ancaq bu gözə gələn işıq tikanlı məftildən olan tac ilə kəsilib, bu qəzəbi təmsil etmək kimi mesaj ötürür burda. İsanın qəzəbi ilə kəsilib bu işıq. İsa burda trans halındadır.

2:51
2:55

2:51-2:55 saniyəyə gələk, burada yenidən Draco personajını görürük. Drakonun bütün dizaynı oxuduğum yazılara və videolara görə üzü pullarla örtülüdür, həmçinin bütün bədəni də pullarla örtülüb. Videonun əvvəlində olan əlində dollar işarəsi olan xarakter də üstü pullarla örtülüdür. Güman ki, Draconun əllərini təsvir ediblər. Və bu görünən personaj tək gözlüdür. İlluminati işarələri axtaranlar bunu İlluminati gözü kimi qəbul edirlər, daha doğrusu antichrist simbolu kimi qəbul edirlər. Yəni dəccalın gözü kimi. Burda amma əslində elə deyil, belədir: Çünki əslində hədislərə görə dəccalın gözü kordur. Burda da gördüyünüz kimi drakonun bir gözü kordur. Drakonun belə olmasının isə bir səbəbi var. Bütün bu dizayn, drakonun üstü amerikan dollarının üstündəki dizaynları əks elətdirir. Bütün dizayn, saqqalında məsələın tərs dayanan üçbucaq. Və uşaq var burda. Bu uşaq yaradıcılarınımn deməsinə görə gəncliyi təmsil edir. Başı gördüyünüz kimi illuminatinin boş-boş sözləri məsələləri ilə boşaldılıb(doldurulub). Həmçinin buna illuminati exposed videoları da daxildir. Sadəcə illuminatinin özü deyil, ümumi olaraq bu konsepsiyanın hamsı aiddir bura. Və uşağın qabağında müxtəlif həbblər və iynə ucları var. Uşaq qəmgindir. Başı bom-boş, qırıq. Və sayıqlıyır dayanmadam. Eyni zamanda da yatızdırılır. Tv-lərlə(növbəti saniyələrdə- 2:59).

3:06

3.05-3.06 saniyələr və bayaq müharibənin başladığını demişdik. Müharibənin başlanma səbəbi isə budur: Bir məscid bombalanır. Məscidin bombalanması yerinə diqqət edin, bir şəhərin mərkəzində bombalanır. Və qara qarğalar – pis xəbərlrin mesajçısı kimi burda  təsvir olunur…

3:10

3:10 saniyəyə diqqət edin, eyni zamanda bunlar baş verərkən İsaya gələn bir kəpənək var, bu kəpənək isanın əlinə gəlib dəyib kül olur. Bu əslində İsanın bədənin istiliyini göstərməsindən başqa qəlbinin istiliyini – qəlb də orda sevgini təmsil etdiyi üçün bu istiliyi verən ürəyidir. Və bir da sevginin üzündən-içindən yanan bir kəpənək görürük..

3:11

3:11 saniyədə isə mavi uşaq görürük. Bu indigo child – indigo uşaqları təmsil edir. Və rəqs etməyə başlayır. Bu personajı qabaqda da görəcik yenə..

3:15

3:15 saniyəyə baxaq. Burdakı xarakter isə bir müsəlman qadın və qucağında oğlu öldürülüb. Bu eyni zamanda Hz İsanın ölüm səhnəsini canlandıran şəkilin – tablonun eynisidir. Arxada müharibə davam edir. Əlində tutduğu şey isə iksirdir. Ölümsüzlüyü daha doğrusu ölümdən geri qaytaran iksirdir bu..

3:21

3:21 saniyədəki kadrdakı uşağın eyni vaxtda üstündə bir böcək var. Bu böcək Misirdə ölümsüzlüyü və ölümdən qayıtmağı təmsil edir. Uşağın gözündə olan göyərtiyə də diqqət yetirin, bunu daha sonra yenə görəcik.

3:26

3:26 saniyəyə baxaq.. Bu səhnə isə Afrikada bir-biri ilə döyüşdürülən uşaaqları təmsil edir, eyni zamanda seks köləsidirlər, çünki burda bir bantik var. Bu bantik isə bu uşağın seks köləsi olduğunu göstərir, əlində də bir Kalashnikov tutub. Bunu uşağa edən adam isə üstündə tərs bir xaç daşıyır, həmçinin qolunda da skull and bones. Bu xarakter şeytani bir personajdır yəni.. Və həqiqətən də təəssüf ki, ordakı uşaqlar ancaq seks və müharibə üçün böyüdülürlər. Və bunun qarşısı alınmağa çalışılır. Uşaq isə bir qız uşağıdır. Onun başında olan bu ürək bantdan bilmək olur bunu..

3.32

3:32 saniyəyə baxaq. Lotus çiçəyinin keçdiyini gördünüz və burda bir oraq-çəkic var, kommunizim təsvir edilib və həmçinin bura Kubadır. Personajın üstündə də latın dilində bir tattoo var. Və burda kommunizmin də bu palçığa batdığını və xilas ola bilmədiyini göstərir..

3:35 yin and yang
3:41
3:43
3:46

3:35 saniyə. İndi bu videonun hissəsində 2 vacib şey var. İlk olaraq video başlayanda bir Yin and yang görürük. Burdakı işığın hardan gəldiyini də görəcik. Növbəti kadrda tankman personajı və müharibəyə qarşı olan bir aktivisti görürük. Bu müharibəyə qarşı olan activist duruşu təmsil edir. 3.41 saniyədə arxasında pələng şəkli var. Bu da şərq ölkələrini, hətta uzaq şərq ölkələrini təmsil edir. Üzündə nüvə əleyhinə olan bir işarə var, digər yanaında isə ürək var, sevgi. Onsuz da bütün videonun da ümumi mənası ürək, eşq, sevgidir. Əlində bir ağ bayraq var,qarşı dayanmasını, sülhü təmsil edir.
3.43 saniyə də isə bu ölümdür. Ölüm ona gəlib və çoxdan müharibənin qalib gəldiyini göstərəndə activist personaj ümidsizləşir.
Burdakı bu ümidsizlik hər şeydir. Ümidsizliyə düşməsi ölümün və müharibənin daha da artmasına təkan olur. Qorxu, şübhə və inancsızlıq. Əsas problem də elə budur..

3:56

3:56-da trans halında olan Christ`I görürük. Bura beyinin içi deyil, zehin deyil, başqa yerdir. Bir az əvvəlki yerdən fərqli yerdədir indi, başqa yerdən gəlir bu..

4:02

4:02-də isə Draco uşağın beynini yeyib qurtarmaqla məşquldur.. Uşaq əzab çəkir. Gənclik əzab çəkir…

4:07

4:05-4:08 saniyələr. Və bu səhnə, bu kadr çox vacib səhnədir. Gördüyünüz kimi Anubisin gəmisi içində Christ tamam alov şəklindədir və qalaktikanın arasından – içindən dimension – ölçü qapılarından keçir. Və nəfəs ötürür. Christ`in şüura girişi, İsanın, daha doğrusu təkamülün şüura,beyinə girişi nəfəslə olur. İsa burada bütün həyatı qurtaracaq olan personajdır, amma bu dünyada deyil. Hadisələr bu dünyada olmur görüldüyü kimi. Hadisələrin hamsı bir insanın şüurunda, daha doğrusu insanın şüurundan da çox beyinin, şüurun özündə olur, bilmirəm nə qədər çatdıra bilirəm. Bu kütləvi, cəmiyyətə aid bir şüurdu yəni. Və isa burda nəfəsini tamam içəri çəkib üfülüyür. Üfülədiyi nəfəs alovdu. Çünki bədəninin nə qədər qızdığı – alovlandığı əvvəlcə bizə çatdırılmışdı və bu şüura necə girir, baxın:

4:11

Bura qırtlaqdır. Və o gördüyünüz işıq, İsa bir yanan bədəni ilə anubisin gəmisində bir şüurun içinə, insanın içinə girir. Bu insan sən, mən, o, dostumuz,  istənilən şəxs, yəni bütün insanlıq olaraq şərh edilir. Bu kadr, video şüurun içində həyata keçir.
Gördüyünüz kimi Anubisin gəmisi ilə Sytix çayından içəri girdi. Bura bütün insanlığın içidir, şüurudur…

4:23

4:23 saniyədə bayaqki indigo uşaq, Kristal uşaq, yeni əsrin uşaq simbolu. Və Vishnu avatarı – simvolunda təsvir olunub eyni zamanda.

4:27

Balıqlar, balıqlar içəri girən Christ`I izləyirlər. Bu balıqlar kimdir, bu balıqlar Christ`in yolunu gedənlər, onu izləyənlərdir. Bunun əslində biz olmağımız təsvir edilirmiş kimi ediblər və bunun xristianlıq simbollarında xüsusi yeri var, belə ki, balıqlar xristianlığın bir məhsəbinin eyni zamanda müridlərin, şagirdlərin əsas bir simboludur..

Gördüyünüz kimi bu balıq simbolu, İsanın aquarius, həmçinin dolça bürcü olduğunun simboludur. Christ, Hz İsa dolça bürcündəndir. Daha doğrusu dolça bürcünün təmsilidir. Hz İsa şəhərə girəndə orda dolça daşıyan bir adam var onu evinə qədər izləıyin deyib Hz İsa. Və dolça daşıyan adam Aquarius`dur.

Belə baxsaq (bürc dairəsinə), bu həmin o dolçadır və bu da dolça bürcüdür. Astrologiyada da bu həqiqətən girdiyimiz dövür dolça dövrüdür. Keçən dövürdür. Hz İsa dolça daşıyan adamı izləyin deyəndə bunu nəzərdə tuturdu. Bunu izləyənlər də balıqlardır. Balıqlar həmçinin dolça daşıyan adamı izləyirlər eyni vaxtda bürc dairəsində fikir versəz görəcəksiz. Bilmirəm nə qədər başa düşdüz…

4:35

4:35 saniyəyə qədər diqqət edin, Hz İsa gələndə fikir verdinizsə içəri aydınlanmağa başladı. İnsan şüuru, aydınlanaraq dağılmağa başladı. Və burada bir işıq parıltısı var. Gördüyünüz kimi. Aydınlanma.
Və bu aydınlanma ilk olaraq hardan başlayır, Kundalinin olduğu yerdən. Cinsi bölgənin olduğu yerdən. Bu fiqur ayaqları açıq şəkildə uzanmış bir fiqurdur, həmçinin sexualityni təmsil edir, kişi törəmə orqanını təmsil edir gördüyünüz kimi. Və işıq ilk olaraq ora gəlir, öncə ora işıqlandırılır. Və gördüyünüz kimi bunun da öz işığı var. Və bu sexuality bizim həyatımızı idarə edən o gücü daşıdığı üçün, kundalinini daşıdığı üçün özünə xas bir işığı mövcuddur. Amma bu işıq-enerji çox azdır.

4:36

4:36 saniyəyə fikir verin. Üzərində xaç var və üstündə ürək var. Amsterdamdakı red light districti yəqin ki, hammınız bilirsiz də, bax bu tam olaraq red light districti, yəni sexuality`nin istismar olunmuş halını göstərir və üstündəki xaç isə sexualitynin həm istismar olunmasını həm də digər nüanslara aid olunmasını, birləşdirilməsini, bağlandırılmasını təmsil edir, izah edir…

*Fikir verdisinizsə Hz isa ilə Christin arasındaki oxşarlıq daha doğrusu eyni adam olmalarından başqa Christin İsa, insan olmayan hz İsa olması burdan əmələ gəlir. Daha doğrusu belə təsvir olunur ki, christin üstündə heç bir xaç işarəsi yoxdur. Və bu xaç işarəsi belə götürəndə onsuz da paqanik bir simvoldur. Və bu paqanik simvol, bu şeytan, illuminati  və ümumilikdə hər yerdə xristiyanlıq bu paqanik symbol ilə izah edilir. Xristianlığın işarısi bu deyil. Xristianlığın işarəsi bayaq yuxarıda olan balıq simboludur əslində(!).

4:49

4:50 saniyəyə qədər gələk. Və baxın bu personaj kimdir, bu insanlığın sexuality-si – cinsiliyidir.. Baxın necə istismar edilmiş yaşlı qadındır və içəriyə işıq girəndə gördüyünüz kimi bu həbsxanaya o utanır. Utandığından qaçmağa cəhd edir və bütün hər yerdə divarda çıxacağı gününü sayıb yazıb. Bundan başqa çox kirli bir həbsxanadır, bu divardakı ağlar da bildiz də nədir,  kişi sperma qalıqlarıdır bə bura həqiqətən də utanc zirvəsi kimi təsvir olunub bu kadrda.
Təmizlənir hər yer, hər şey, aydınlanır. Gördüyünüz kimi qan da getdi 4:50 saniyədə. Cinsiliyin təmizlənməsi belə təsvir edilir, gördüyünüz kimi. Təmizləndi və kundalini bu sexualitynin həbsxanasından daha doğrusu bu qırılmadan sonar kundalini chakras(çakralardan)dan yüksəlməyə başlayır, bu DMT transı olan bir şeydir, bu merac anında olan bir şeeydir. Bu kundalinin yüksələrək tac çakradan çıxma anı ilk səhnədə olan aydınlanan insanın başında olan işıqdır. Kundalinin ordan çıxıb getməsi, ilanın beyindən çıxmasıdır. Bir çox indoneziya heykəllərində də ilanın boyundan başın üstünə çıxışı təsvir edilərək bunun buddanı təsvir etdiyi görünür.

4:51

4:51 saniyəyə diqqət edin. Kundanlini yüksəlməyə başladı. Bunu hardan görürük. Gördüyünüz kimi kundalinidir uzun ilan formasinda olan, enerji ilanıdır. Hz isa da bir yerə gedir gördüyümüz kimi, qırtlaxdan çıxdı və uzun hissə güman ki, onurğadır və yuxarı da onurğa beynidir. Güman ki bura ümumi şüurdur. Bizim şüurumuzun, zehnimizin tamamı burda, bu aşağıda olan işıqda. Və Hz İsa içəri girir. Və gördüyünüz kimi içəri də dağılır eyni zamanda….

4:57

4:57 saniyədə indigo uşaq yenə də, alovun ətrafında rəqs edir. Və indi tam görünmür, onun sinəsində bir işıq var və onu sonra izah edəcəm.

5:04

5.04 saniyədə bura isə kapitalizmin ağ köynəklilərini, qara kostyumlularını, kostyum kəfənini geyinənlərini, iş dünyasını, ordu halına gətirilmiş robotlar və bu ordu gördüyünüz kimi bur dumannan təşkil olunub və İsa da yüksələrək heç nə etmədən rahatlıqla bu ordunu dağıdır. Və növbəti kadrda – saniyədə içəri daxil olan Hz İsanı görən drakula qaçır. Və uşağı da azad buraxır. Uşağın beyni boşaldılıb ancaq uşaq artıq kədərli deyil gördüyünüz kimi. Qərar vermiş bir şəkildə hadisələrin nə olduğunu başa düşməsi üçün irəli addımlayır.
Ölüm də eyni zamanda hələ içəridə öz rəqsinə davam edir. Çünki bu arada müharibə hələ də davam edir.

5:28

5:28 saniyəyə gələk. Və bu səhnə. Gözündəki göy yadınıza düşdü, o yenidən diriləcək uşaq. Burda müsəlmanlıq dağılmış bir məscidin içərisindən təsəvvüfi şəkildə (sufizim də burada əlavə edilib rəqsdən də başa düşülür bu) doğuş edir. Bu adam bir səmazəndi. (rəqs edən) üzərində olmayan paltarları geyinən adam, uşaq səmazəndi.

Və burdakı əsas məsələ, niyə bu məscidlər dağılandan sonra içindən təsəvvüf çıxır? Bu şərh çox qəribə olacaq, çünki peyğəmbər zamanında məscidlər yox idi, daha doğrusu belə təm-tərahlı məscidlər yox idi. Və məscidlərin belə göstəriş məqsədi ilə düzəldilməsi – böyük nəhəng minarələr, səs, içərisində olan sənət əsərlərinin bahalılığı və s bunlar göstərişdir və göstəriş bu dünyaya aid bir şeydir. İslamla əlaqələndirilə bilməz və məscidlərin dağılaraq içindən bu göstərişsiz, çox sadə kəfəni üstündə olan təsəvvüf şəklində bir xarakterin çıxmasınln səbəbi də budur. İnsanlar müsəlmançılığın daha doğrusu islamın  nə olduğunu burada başa düşürlər. Bunlar olduğu anda insanlar da xristianlığın olduğunu başa düşür. Çünki şüurun içinə Christ girir. Və bunun zehnin içində olduğunu sübut edən kadra keçəcik növbəti saniyədə.

Bura haradır? Bura bir şəhərdir düzdür? Bu videoda bu şəhər ancaq uzaqdan görünür və bunun izahını tapmaq çətindir bir baxışdan, baxanda belə şəhərə oxşayır, amma araşdırandan sonra tapdım bu hissələrə diqqət edək. Bura talamuz vəzidir. Beyinin içində, zehnin içində olmasının sübutu. Bu(qırmızıladığım yerlər)  Eye of Horos var ha, bax bu Horosun gözüdür. Və epifiz vəzi pineal gland dir. DMT-nin ifraz olunduğu yerdir. Və bu təsəvvüfi xaraxterin qalxmasının səbəbidə, məracın səbəbi də DMT və melatonin birləşməsidir.

Gördüyünüz kimi növbəti şəkildə bu thalamus, onsuz da eye of horos da talamusu təmsil edir. Və bu hissə də talamusdakı o hissədir. Vəı uşağın olduğu yerə, islamın yenidən doğulduğu yerə baxın hardadır, Pineal gland, pineal gıland`dan yüksəlir. Yəni epifiz vəzimiz və bu gördüyünüz bütün bu hadisələr əslində zehnimizin içində oliur. Bu insanlığın hamısıının təkamül keçirdiyini təsvir edən bir videodur. Və burda da islamın yüksəldiyi yeri təmsil etdikləri yerdir…….

5:33

5:3 saniyəyə gələndə yenidən indigo uşaq qarşımızdadır. Alovun ətrafında rəqs edir. Və sinəsinə fikir verin, sinəsində ulduz işarəsi var. Bu indigo child kimdir. Vishnu kimdir. Vishnu göydə ən rahat görünən planetdir. Venera. Venera alovu qoruyan adamdır. Və həmçinin indi sifəti qurbağa şəklindədir, niyə qurbağa şəklindədir, çünki dünyanı bu alova adaptasiya edən rəqsi edir və dünyanın bir hissəsi, daha doğrusu böyük hissəsi sudur. Və qurbağa da suyu təmsil edir. Suyu necə təmsil etdiyi də maraqlıdır. Rəqsi edir və bu rəqs su rəqsidir. Gördüyünüz kimi yerdən dalğalar çıxır.
Videonu hazırlayanıar bu rəqsin başqa mənaya gəlməməsi üçün yerdən dalğalar çıxardırlar.  Növbəti saniyələrdə (ss yerləşdirmirəm) və bu qara olur. Üzü ayıya çevrilir və indi də yer üzündəki qara dərililəri təmsil edir. Və səma. Venera indi də səmanı, göyü təmsil edir quş şəklində və bütün rəqs etdiyi zaman bütün dünyanın bölgələrini alovun ətrafında təmsil edir. Və daha sonra da baxın nələr olur, çünki Christ beynin bu qaranlıq hissədən, gecə hissəsindən çıxıb – bu arada bu arxa tərəf müharibə ilə dağılır görürsüz. – çıxıb getmək istəyən vaxt nələr olur baxın, irəliləyən saniyələrdə…

Gördüyünüz kimi dağılmanı görürsüz və günəş çıxır, zehində. Aydınlanmadır bu. Veneranın(indigo child) sifətində hər hansısa bir maska artıq qalmadı. Onsuz da sevinclə salamlayır. Bu günəş salamıdır.

5:47

5:46-5:47 saniyələrə, ümumiyyətlə bu hissələrə çox diqqət edin. İsanın zehnin ən qorxunc yerindən, şeytani hissəsindən çıxdığını daha doörusu zehnin ego və bu dünyadan ibarət olan hissəsindən çıxdığının şahidi oluruq. İsa burdan çıxandan içəri də dağılmağa davam edir, müharibə ilə. Ora bir cəhənnəm idi, bu dünya cəhənnəmin bir qolu idi və cəhənnəmin ən yüksək qatı idi. Və bu üst qatı da keçib cənnətin olduğu yerə gəlir.

5:51

5:51 saniyədə gördüyünüz kimi təkamülünü və yenidən doğuluşunu təmsil edən lotus çiçəkləri açılır. Və ən əsas səhnə..

6:02

Gördüyünz kimi isa oyandı, trans halım qurtardı. Arxada son bir kilsə qaldı. Və alnında olan qəzəb tacı yox olur. Və üçüncü gözünə gələn işığın qarşısını qalan heçnə qalmadı. Bu işıq nə idi, işıq Tanrının işığıdır. /
Kilsə də backgroundda dağılır, uçur. Gördüyünüz kimi.

6:30

6:30 saniyəsə günəşdən parçalar çıxır bə piramidalar yox olur, İsa irəliləyir və günəşin qabağında buludu görürsüz, çox bariz şəkildə bulud əqrəb formasındadır. Və günəşin solunda qalır. Və bu adam kimdir, dolça bürcünü təmsil edən İsadır. Araşdırdıqdan sonra bu niyə belədir. Bürc dairəsinə baxsaz görərsiz ki, aquarius(dolça)ın qarşısında solda əqrəb dayanır…. Bunu araşdırın, dolça bürcü, golden age və s araşdıra bilərsiz.
Sadəcə İsanın dolçanı aparan adamı izləyin deməsi yetərli idi və bu da son…..

Animasiyanın təqribi 7 dəqiqə olmasına baxmayaraq mən bu çarxa aşağısı 40 dəfə baxmışam. Bunun haqda araşdırsaz spiritualizmdən kənar çox şərhə rast gələ bilərsiniz.
7 dəqiqəlik çarx olmasına baxmayaraq mənim hazırladığım video 1 saat yarım idi, açığı çox da ona görə paylaşmadım.

Fikirləriniz varsa şərh əlavə edə bilərsiniz.

1 thought on “I, Peat Goat II – simbolların mənası.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *