Kölgə

Təsəvvür edin ki, əlinizdə qara rəngdə bir kub var.

 

Bu kubun üstündən işıq vursaydıq altda olan ağ kağızda kub necə görünərdi? – Bu kub kvadrat şəklində görünərdi təbii ki.. Əslində izah etmək istədiyim də elə budur..

Kainatı 2 ölçülü gördüyünüzü düşünün, 3 ölçülü müstəvidən kubun üstünə işıq salınsa sizin olduğunuz kainatda düşən kölgəni bir kvadrat şəklində görəcəkdiniz. Kağızın üstündə 2 ölçülü dünyada yaşasaydınız bunun dəyişilməz olduğunu qəbul edəcəkdiniz..

 

Kubun 2D-də kölgəsi. PS: Əslində 2 ölçülü kubdur.

3 ölçülü müstəviyə qayıdaq yenə, əgər eyni kuba başqa yerdən işıq vursaq və eyni zamanda üstdən də yuxarıda yazıldığı şəkildə işıq vurulsa altda olan kağıza 2 dənə kölgə düşəcəkdi, düzdür? Düşən kölgələrdən biri kvadrat şəklində olmayacaqdı, daha fərqli formada görünəcəkdi.
2 ölçülü fəzada olsaydıq, biz bu 2 kölgənin heç vaxt bir biri ilə əlaqəsinin olmasını bilməyəcəkdik, düşən kölgələri əlaqəsiz, ayrı obyekt şəklində qəbul edəcəkdik.
Yuxarıda olan qaydada fərqli bucaqlardan o kuba işıq vurulsa, 2 ölçülü fəzada olan vərəqə fərqli şəkildə, bir biri ilə əlaqəsi olmayan kölgələr düşəcəkdi və əgər bizim həmin kağızın üstündə yaşayan bir varlığımız olsa idi, həmin varlıq o kölgələri fərqli, bir biri ilə əlaqəsi olmayan cisimlər şəklində, fərqli anlayış olaraq qəbul edəcəkdilər. 2 ölçülü dünyalarının elementləri olaraq qəbul edəcək və eç vaxt arasında olan əlaqədən xəbərləri olmayacaqdı..

Yaşadığımız kainat sayını bilmədiyimiz qədər molekullardan, atomlardan və atomları təşkil edən subatomik hissəciklərdən ibarətdir. Bu hissəciklərin hamısı bizim kainatda mövcud olan elementlərdən ibarətdir. Kainata baxanda biz fərqli ölçülü, fərqli şəkildə olan cisimlər görürük. Bayaq izah etdiyimi öz kainatımıza tətbiq etsək necə olar? Sizcə bizim kainatdakı cisimlər 4 ölçülü fəzada fərqli-fərqli cisimlərə fərqli-fərqli bucaqlardan salınmış işığın kölgələri ola bilər?! Əgər 2D fəzada bu tətbiq oluna bilinirsə, bizim kainat üçün də bu keçərli ola bilər. Yəni ki, kainatımızda gördüyümüz cisimlərin sayı göründüyü qədər çox deyil və əslində müxtəlif şəkilli, fərqlidir. Hamısı fərqli cisimlərin fərqli kölgələridir. Hətta subatomik hissəciklərə nəzər yetirəndə də kvant fizikası bizə bunu deyir. Fərqli cisimlər fərqli tezliklərin titrəyişindən əmələ gəlir.

4 ölçülü fəzaya keçsək, əgər biz 4 ölçülü dünyada, kainatda olsaydıq onda da hər şeyi 5 ölçülü fəzadakı cismin kölgələri şəklində görəcəkdik. Bunu sonsuza qədər belə artıra bilərik və belə “kölgələr silsiləsi” əmələ gətirə bilərik. Sonuz sayda : ) Təsəvvür edirsiz?!

Yaşadığımız kainatdakı hər şey başqa bir kainatda daha az obyektdən əmələ gələn müstəvinin kölgəsidir. Bunu yuxarıya doğru sonsuzluğa qədər düşünə bilirsiz? Nə demək olduğunu? : ) Sonsuzluğun sonsuzluğu………………
Belə bir vəziyyətdə tək bir cismin olduğu müstəvi sizcə hansı olardı? Sonsuzuncu ölçü? Yox? Sonsuzluğun sonundakı ölçüdə tək bir cism olardı və ona salınan işıq alt ölçülərdəki bütün cisimlərin, obyektlərin səbəbi olardı. Ən sonuncu ölçüyə çıxsaq, sonsuzuncu ölçüdə olsaq, tək bir cisim var və ona da vurulan sonsuz sayda işıq mənbəyi var.. Sizcə kainatımızdakı hər şeyin kölgəsinə səbəb olmuş bu obyek nə olardı? : ) Elmdə bunun adı yoxdur təəssüf ki.. Ən sonuncu ölçülü müstəvidə olan tək obyektə sonsuz işıq mənbəyinin kölgəyə səbəb olmasını yazmışam, bəs o işıq(lar) nədir? Mənbə.. Mənbədən gələn işıq bu kainat ilə yanaşı hər şeyi əmələ gətirir.. Daha doğrusu məlum müstəvini yaradır..

Bu işıq və cisim(obyekt) nədir???!

Bir az qarışıqdır… Əslində postun adı ölçülər və kölgələr olmalı idi..

2 thoughts on “Kölgə

  1. Chox maraqli movzu haqqinda yazmisan bunu tesevvur elemek cetindi bir az ama bir nece defe oxuyandan sonra tesevvur ede bilirsen

Leave a Reply

Your email address will not be published. Required fields are marked *