Kütlə

Alov neçə kq-dır? Ya da bizə gələn işığın çəkisi nə qədərdir? Və ya bu işığı bir qapalı yerə sığışdırmaq istəsəydik nə qədər yerə ehtiyacımız olardı? Bir ildırımı daşımaq üçün, çəkmək üçün nə qədər maşın lazımdır?

Biz məktəbdə oxuyanda fizikada ən təməl dərslərdən birini keçəndə bizə maddənin bərk, maye və qaz halında olduğunu və bir də plazma halında olduğunu keçmişdilər. Bu bərk, maye və qaz halları haqqında ətraflı şəkildə keçsək də, plazma elə plazma qavramı şəkilində kitabda qalmışdı. Müəllimin dediyindən belə yadımda, təsəvvür qalmışdı ki, vulkanın lavası plazma halındadır…

Son dövrlərdə fizikanın ən böyük kəşflərindən biri hiqqz bozonu təşkil edən elementlərdən birinin tapılmağı olmuşdu. 1964-cü ildə Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Və deyirlər ki, hiqqz bozonunda maddəyə kütlə verir. Kütləni təşkil edən şey hiqqz bozonudur. Belə bir şəraitdə ortaya maraqlı sual çıxır, bu sual isə hiqqz bozonu olmayan bir atomda kvarklar nə işə yarayır? Daha doğrusu kvarklar necə kütləsiz ola bilər ki?(Kvarklar maddənin əsas elemeti olub protonları və neytronları ərsəyə gətirirlər) Çox maraqlı və dəli bir sualdır bu əslində. :d Ordadılar, amma orda deyillər. Çünki orda olduqlarını ölçə biləcəyimiz bir vasitə, cihaz yoxdur. Ölçmək üçün orda əlavə bir element olmalıdır və belə bir şəkildə onun sahəsini ölçə bilərik.. Kütlə olaraq.. Daha doğrusu isə o sahənin yaydığı tezliyi. Bizim ölçməyi bacara biləcəyimiz bir tezlik və biz bu tezliyə də kütlə deyirik. Hammımızın beyni 3D müstəvidə bu tezliyi bu şəkildə şərh edərək başa düşür. Var olan bir şeyin tezliyi var, və dalğalar yayır…

Əgər hiqqz bozonu yoxdursa, maddənin kütləsi yoxdursa onda necədir bəs? Alov neçə kq-dır? Məsələn alovda hansısa bir kütlə yoxdur, işıqda hər hansısa bir kütlə yoxdur, şimşəkdə yoxdur, alfa, betta, gamma dalğalarının heç birində yoxdur, radio dalğalarında yoxdur, telefonumuzdakı danışıqlarımız, sms-lər kütləsiz şəkildə sahəyə yayılır.. Wifi`mddan gələn informasiya kütləsiz olaraq otağıma yayılmış şəkildədir.. Bəs məsələn mən wifi ilə bir kino yükləsəm, otağımın harasında tuta bilərəm? Əslində hər yerində : )

Tezliklər, dalğalar hər hansısa bir məkanda azad bir şəkildə hərəkət edirlər. Amma onların bir gücü var, doğrusu isə olduqları məkanlarda yayılma sahələri var.. Bu yayılmaq 3D yayılma deyildir təbii ki. Məsələn mənim notebook`umun wifi chipindən daxil olan bu dalğaların içində olan informasiyalar sadəcə 3D bir sahədə şərhlənə bildiklərinə görə informasiya olur. Əgər 4D bir sahədə,müstəvidə şərhlənərsə çox mənasız olarlar. Məsələn 4D bir sahədə şərhlənən dalğalar da 3D bir sahədə mənasız şərhlənəcəkdir. Hətta şərhlənməsi o yana qalsın, onu tutmaq da problem ola bilər..

Nəzəriyyələrə görə, işıq həm hissəcik şəklində həm də dalğa şəklindədir. Bir səthə toxunana qədər dalğa halındadır, sahəyə dəyəndən sonra işıq dalğası tamamilə yox olub bir kütlə əldə edir və hətta daha sonra əks olunaraq dalğa şəklində başqa yerə hərəkət edir. İlk kələn işıq dalğası kütlə əldə etmək mərhələsinə keçəndə səthi manipulyasiya olur və buna görə də dalğa uzunluğu dəyişir, əks olan dalğa isə fərqli bir şey olduğuna görə  biz rəngləri görürük. (:

Bəs iki dalğa ilə iki dalğa topası(dəstəsi) arasındakı uzaqlıq nədir bəs? İşıq hissəcik xüsusiyyəti daşıyanda o qədər az yer tutur ki, bütün bir işıq mənbəyini çox yaxınlaşdırsaydıq, işıq mənbəyinin, lampoçkanın, fluorescent lampanın hətta günəşin də 99,9999%-dan işıq çıxmadığını görəcəkdik. Yəni izah etmək istədiyim odur ki, işıq o çox kiçik hissəciyi sahəsində o qədər az yer tutur ki əslində, bizim gördüyümüz, yaşadığımız kainat, hal hazırda oturduğum otağın 99.9% işıq hissəciyi(*ləri) yoxdur. Bilmirəm, izah edə bildim ya yox..

IR və ya infrared dalğalar da parça, hissə şəklində çox az yer tuturlar. Və bundan geri qayıdan informasiya var olan informasiyaya heç bir şəkildə uyğunlaşmaz. Onsuzda ki, yaşadığımız kainatın 99.9999% dəqiq bir şəklildə görə bilmirik. (: Gördüyümüz 0.0001%-lıq hissə isə 3D şəkildə gördüyümüz dünyadır. Hiqqz bozonuna görə ölçdüyümüz, beynimizin şərh edərək, başa düşdüyü hissədir. Başqa bir kvark hissəciyini sahəsini şərh, təsfir etsəydik, başqa bir şəkildə görərdik kainatı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *