Məntiq nədir?

İnsanlar niyə elmlə məşqul olur?
Niyə riyaziyyat var? Niyə nəyisə hesablayırıq?
-Məncə məntiqli olduğuna görə.. Hər şeyi məntiqli olduğu üçün edirik, düzdür?
Bəs məntiq özü nədir? Məntiqi tam olaraq necə başa düşürsünüz?
-Bu instikdir? Mm, bunu edirəm çünki, nəticəsi məntiqlidir… Məntiq budur? Yəni insanın öz içində tapdığı bir şeydir? Onda bu ümumbəşər, dünyəvi şeydir, hə?
Bəli, elədir, yəni biz bütün arqumetləri ilə kiməsə nəsə başa sala biliriksə və bu bizə məntiqlidirsə, bu qarşımızdakına da məntiqli gəlməlidir necəsə, əgər nəsə anlaşılmazlıq varsa demək ki, arqument əksikliyi var..
Buna görə də elmdə nəsə ediləndə hammı üçün düzgün nəticənin görülməsi düşünülərək edilir. Yəni məntiqli bir nəticəsi var və hər kəs üçün də bu doğrudur…
Məsələn, cazibə hammı üçün düzgün bir nəticədir.. Yəni, başqaları üçün fərqli deyil (düzdür, bunu başa düşməyən, bilməyənlər də var*)
Fəlsəfədə loqos adlanan bir söz var, hansı ki, yunan dilində “logos” şəklindədir. Və mənası hisslərlə başa düşmək kimidir.
Loqos deyir ki, məntiq hər yerdə var. Ətrafımızdadır. Məntiq vasitəsi ilə hər şeyi başa düşürük. Buna görə yemək yeməyimiz, gəzməyimiz, nə iləsə məşqul olmağımız və s. Kimi şeylər bizə məntiqlidir. Məntiq əslində məna verir.
Və məntiq təkdir. Yəni, hammı üçün eyni qavramdır.
Riyaziyyat belə məsələlərdə ortaya girəndə babat mövzu əmələ gəlir, belə ki, 2+1=3 edir, düzdür? 2+1 nəticəsinin 3 olması məntiqlidir, hamçı üçün.
Loqos burda 2+1=3 üstündə qurulub, bu mövzumuzda;
Bəs məntiqli olan şey nəticənin özüdür? Təbii ki, yox. Məntiqli olan şey prosesin özüdür. Yəni ki, 2+1=3 olan hissə məntiqlidir. 3’ün özü tək heç də məntiqli deyil. Amma nəticə olaraq 3 əmələ gəlir.. Okey, əsas sual isə məncə budur: əgər əlinizdə nəticənin özü varsa (məsələn 3 tək bir şəkildə), 2’nin üstünə 1 gələrsiz? İnsanlar əgər son sualın cavabını bilirlərsə, həqiqətlərin tək cavabını necəsə tapa bilibsə əgər, loqosa ehtiyac olacaq?!
Yuxarıdakı çox qəribə sualdır. Çünki ehtiyac qalmayacaq. Deyə bilərsiz ki, düzgün informasiyanın olmasını, düzgün olub olmamasını loqosda başa düşürük. Amma burda deyilir ki, əlinizdə onsuz da 3 var, necəsə 3 tapılıb, 2+1 edərdiz bəs? Yoxsa 3ü tapmaq üçün 2 ilə 1’i topladınız? Əgər təklik, birlik olsa, loqosa ehtiyac olar!? Yəni məntiqlə düşünməyə ehtiyac qalar? Qorxulu və çətin bir sualdır düşünəndə :d
Bilirsiz, bayaqdan müxtəlif şəkillərlə məntiq şəbəkələri düzəldərək, misallarla və s. İlə loqosa uyğun gedib sonda da deyirəm ki, nəticəyə çatanda loqosa ehtiyac olmayacaq. Bu əslində paradoksdur. Bu haqqda fikirlərin hamsı paradoksdur. (:
Bunu belə bu şəkildə, nəticəyə çatmamış izah etmək imkansızdır.
Məntiqdə sonsuz fikirlər var. Və bu fikirləri götürüb qabağa getməsək, özümüzüküləşdirsək bu loqosdan kənar bir hərəkət olur. Çünki, insanlar fikirlərlə rastlaşanda bu fikirləri öz nəticələrinə uyğun olaraq görürlər. Fikirlərimizin hamsı əslində başqa yerlərdən gəlir. Həyatınızdakı bütün fikirləri başqa yerlərdən, xaricdən almağınıza baxmayaraq bunları mənimsəyib öz fikirləriniz hesab etdiyinizdə bu sizi loqosun olduğu müstəvidən, həyatdan kənarlaşdırır. Və eqo deyilən şeyi əmələ gətirir. Fikirləriniz sizi ərsəyə gətirir. Bu əslində heç də yaxşı deyil, fikirlər durğunlaşdırır hər şeyi. Götürüb fikirləri mənimsədikdə durğunlaşırsız və irəli getməyib öz yerinizdə sayırsız. Yəni, loqosun əsas məqsədindən kənar, irəli hərəkət edə bilməzsiz, 2+1’i edə bilməzsiz. Bir sözlə inkişaf olmaz və olmur da..
Deyir ki, fikirlər nəticələri yamsılayan kölgələrdir.
İnsan hər şeyi qavrayır, başa düşür, analiz edir, nəticə əldə edir. İnsan başa düşdükcə qabağa gedə bilir.
Bir fikir olaraq loqosun təhlükəli bir qılınc olduğu deyilir, hər iki tərəfi də iti, kəsici olan.
Qılınca ehtiyac yoxdur məncə. (:

Fikirlərinizi bildirə bilərsiniz!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *