Paradoks suallar No:1

Əminəm ki, bir balaca bu mövzular haqqında araşdırma edənlərin bu suallar nə vaxtsa ağlına gəlib… Əgər bütün maddələr atom adlanann hissəciklərdən ibarətdirsə (ümumi olaraq proton, neytron, elektron) niyə gördüyümüz maddələr bu qədər fərqlidir??? Yəni bir maddəyə bir-iki elektron bir-iki proton əlavə edəndə, məsələn dəmir niyə qızıl olur ki?(və ya istənilən metal)? Məsələn tutaq ki, protonlar çoxalanda necə rəngi dəyişir, sarılaşır metal? Bərk, maye, dadlı, müxtəlif iyli, sürüşkən və s. kimi maddələrin olmağı məsələn iki protonun fərqli hərəkəti, quruluşu ilə necə olur axı? Məntiqsiz gəlirdi mənə..
Və ən böyük sual, əgər zaman yoxdursa, niyə zamanın, vaxtın keçdiyini hiss edirik?
Əslində bu iki sualın cavabının ortaq bir cavab olduğunu əvvəlcədən yazaq..
-Zaman məsələsi, bir neçə gün öncə dünyasını dəyişən o məşhur Stephen Hawking`in çox gözəl zaman haqqında bir fikiri mövcuddur… Termodinamikada   ikinci qanunda (bizim viki-də buna rast gəlmədim :/) deyilir ki, kənardan bir sistemə enerji verilmirsə həmin sistemin nizamsızlığı artır. Nizamsızlıq nədir? Elm niyə nizamsızlıqlarla maraqlanır? Əslində bu sualların cavabı çox böyük, dərindir məncə. Nizamın olmaması “entropy” adlanır. Entropi mərtəbə kimi birşeydir. Və deyir ki, bir sistemdə hər zaman nizamsızlıq artmağa davam edəcəkdir. Məsələn, aldığımız şeylər köhnəlir, məsələn, mebellər köhnəlir. Heç vaxt mebellərimiz zaman keçdikcə təzələşmir. Götürək özümüzü, hər zaman insanlar qocalır. Heç vaxt zaman keçdikcə cavanlaşan adam olmayıb. Ya da daha sadə desək, ketçup ilə mayonezi qarışdırsaq onları daha sonra bir birindən ayıra bilmərik. Yəni ki, nizamsızlıq hər zaman artır. Azalmağı üçün isə sistemə kənardan, çöldən yüksək miqdarda enerji vermək lazımdır. Ətraf nizamsızlaşdıqca bizdə hadisələrin olduğu fikri, qavramı yaranır. Bir hadisə oldu, nizamsızlıq artdı. Yenə oldu, daha çox nizamsızlıq artdı… Bu hadisələrin dalbadal gəlməyi entropiyə görə dalbadal nizamsızlaşması bizdə zaman qavramını yaradır. Və biz də buna görə zamanın keçdiyini hiss edirik. Guya.. Amma əslində isə sadəcə olaraq sistemin nizamsızlığı artır. Zaman keçmir, sadəcə sistemin nizamsızığı artır.
Burdan belə bir sual çıxır ortaya ki, bəs bu nizamsızlıq da zamanla əmələ gəlir də. Əmma burdan da birinci sual var idi e yuxarıdakı, bax həmin sualın cavabı çıxır ortaya…. Atomlarının elementlərinin dəyişməsi ilə necə dəmir qızıl olur, və ya hansısa metala çevirilir? Atom bərk halda olduğu halda necə qaz halında olur?? Hidrogen və Helium qazlarını əslində bir birindən ayıran şeylər əslində biz müşahidəçilərin rəyidir, qavramıdır, şərhidir. Məsələn Hidrogenə bir proton əlavə edirsən olur Helium. Quruluşlarında bir iki proton neytrondan başqa heç nə dəyişmir. Əslində özəklərində, təməlində, manifestosunda tək bir şey mövcuddur. Atomlar və atomlar da müəyyən hissəciklərdən əmələ gəlir. Hər şey eyni şeydən əmələ gəlir və hamısının manifestoları(logistikada olan manifestoya bənzəyir bir az, daha doğrusu certificate of origin`ə(mənşə) də) fərqlidir. Müşahidəçi bir cismə qızıl deyib, bir cismə də aliminium deyib, amma əslində hər şey eyni şeylərdən əmələ gəlir.. Bilmirəm nə dərəcədə düz izah edə bildim. Təməlləri eynidir bunların. Və insanlar, müşahidəçilər, biz hər şeyi fərqli maddələr, cisimlər şəklində qəbul edirik. Məsələn, notebook mebelin üstündədir və notebookun klaviaturasının materialı isə plastikdir. Toxunuram ona. Əminliklə deyə bilərik ki, həmin materialların təməlləri eynidir, bir birindən atom quruluşlarına görə, məsələn birində elektron çox olmağına, birində proton az olmağına görə fərqlənirlər. Amma biz onları tamam ayrı şəkildə fərqləndirib qəbul edirik. Fizika pəncərəsindən baxanda dəyişən, bir birindən ayrı olan heç bir maddə yoxdur. Əmma bir birlərindən tamam fərqli görünürlər. Bizim müşahidəçiliyimizə görə, müşahidəmizə görə..
Əslində entropinin açıqlaması elə yuxarıda yazdığımdır. Kainatımızda, kosmosumuzda olan bu sistem əslində dəyişmir. Əslində sükut halındadır, dayanıb, durğun haldadır. Əslində fraktal bir quruluşdur. Və atomları təşkil edən elementlər də neytronlar protonlar elektronlar başqa şeylərdən əmələ gəlmir, əslində onlar da eyni şeydən əmələ gəliblər. Bunların hamısı bir qrup tezliklərdən əmələ gəlirlər, string – sim tezliklərdən, sim nəzəriyyəsinə(string theory) görə. Bu tezliklər elementi elektron, proton, neytron edir. Yəni ki, bir tezliyin dalğalanmasına görə metal qızıl olur.. Əslində isə ortada tək bir rəqs var, tezlik var və biz onu fərqli şəkildə eşitdikdə, qəbul etdikdə fərqli başa düşürük. Əslində bu son cümlə sadədir bir az, başa düşüləsi kimidir. Bilmirəm, izah necə alındı… Ətrafda tək tezlik var və biz onu burda dayananda başqa, orada dayananda başqa qəbul edirik, bunu bir hadisə olaraq qəbul edirik. Bir hadisə baş verdi kimi hiss edirik, başa düşürük, tutalım ki, bu hadisənin adı da X-dır. Bu X hadisəsi Y hadisəsindən sonra gəldiyi üçün bizdə bir zaman qavramı yaranır. Əslində isə heç bir hadisə baş vermir. Heç bir hadisə də buna görə ard-arda gəlmir. Ətrafda dalğalanan bir tezlik var və biz də bunu qavrayıb izah edəndə əslində boş-boş danışırıq.

Əgər zaman dediyimiz şey boş şeydirsə, maddələrin fərqli olması boş şeydirsə, hər şeyin tək bir şeydən gəldiyi qaydasını, nəzəriyyəsini ortaya çıxarda biliriksə, epiphany deyilən şey burda gizlidir. Bütün kainatın epiphany`si bu təklik məsələsində gizlidir, bu singularity`də, tövhiddə, birliktə, fərq etmir necə ifadə ediriksə edək, burda gizlənibdirsə, bu şey nədir?!
PS: Fikirlərinizi bildirə bilərsiniz.

1 thought on “Paradoks suallar No:1

  1. Evvel oxuyanda dedim yeqin ateistsiz. Deyesen dindar birisiz axirda dinle ortaq netice var kimi bawa duwdum. ALLAH var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *