Qara maddə, enerji, məlumat

İnformasiya Sizcə nədir? Necə bir şeydir? Necə olur ki, informasiyanı əldə edirik, paylaşırıq, qəbul edib nəticə çıxarırıq, informasiyalara görə hərəkət edirik, necə və niyə olur bunlar?
İnformasiya, məlumat varlığıni özündə təşkil etdiyi paketə deyilir. Daha dəqiq, verilənlərdə insanların gördüyü mahiyyət, qiymətdir də demək olar. İnformasiya kainatda çox fərqli şəkillərdə ötürülür. Məsələn dalğa-titrəşmə-tezlik şəklində informasiyanın ötürülməsi, bu ən çox qarşılaşdığımız məlumat ötürülmə vasitəsidir. Məsələn kimləsə danışanda ağızdan çıxan səs titrəmə yaradaraq daha dəqiq desək mexaniki dalğaların elastik mühitdə yayılaraq insan qulağına çatır, qulaqlar da həmin səsləri(titrəyişi) qəbul edir, bir növ oxuyur, beyinə ötürür və biz informasiyanı “eşitmə” vasitəsi ilə qəbul etmiş oluruq..
Keçək daha maraqlısına, əslində bir cismə toxunduqda, daha doğrusu itələdikdə həmin cismin üstünə tətbiq etdiyimiz təsir cismim bütünlükdə titrədəndə informasiya ötürülmüş sayılır. Yəni ki, əlimizdən çıxan informasiya yenə də titrəmə ilə, rəqs ilə ötürülmüş sayılır. Onsuz da kainatda hər şey titrəyiş ilədir..
Müşahidə üçün informasiya, məlumat lazımdır. Ən əsası kainatın hərəkəti üçün də informasiya lazımdır. Məsələn yuxarıdakı itələmə məsəli ilə bağlı əgər biz itələmə məlumatını cismə çatdıra bilmirəmsə orda itələməyə aid fiziki qanunlar işləməz. Daha dəqiq desək, belə ki, fizikanı, kainatı hərək etdirmək üçün informasiya verilməlidir. Altda bir video yerləşdirəcəm youtube-dan, deməli diqqətlə baxın videoya, dünyamızda hər yerdə mövcud olan qravitasiya qüvvəsi informasiyanın cismə çatmadıqda necə işləməməsi bunu sübut edir:

Deməli, gördüyünüz kimi qardaşın bir əlində yay var, qardaş yayı buraxır, ƏMMA yayın altında olan halqalar yayın buraxılmasına baxmayaraq düşmür, gecikir. Çünki üstdə olan “buraxılma” məlumatı hələ gəlib ən alt halqaya çatmayıb. Və burda da ona görə qravitasiya qaydası pozulur, düşmə ilə bağlı olan fizika qanunu çalışmır.
Deyilənlərə görə informasiya kainatda hərəkət edərkən tək müşahidəçi tərəfindən qəbul olunmur, bununla yanaşı kainatdakı fizika qanunlarını da hərəkətə gətirir.
Bəs informasiyanın ən surətli ötürülmə vasitəsi hansıdır? Yəqin ki, bunun cavabının işıq sürəti olduğunu fikirləşə bilərik, amma bu əvvəllər elə idi.. İşıq sürəti kainatımızda ən yüksək sürət(sabit qəbul edildiyi üçün) olduğuna görə əvvəllər belə fikirləşirdilər(əslində işıqdan da sürətli sürət var, bu haqda da araşdırıb yazmaq planlamışam). Amma belə deyil. Çünki əlimizdə atom cütü, kvark cütü deyilən bir şey var. Bu şey çox qəribədir. Bir atomun kvark cütündə o cütdən birini hərəkətə gətirdikdə həmin informasiya cütün digər fərdində də işləyir, həyata keçir. Sadə desək, o cütdən birini Bakıda mən hərəkət etdirsəm digər cütü də NY-da olsa, mən burda olan fərdi necə hərəkət etdirsəm NY-dada elə hərəkət edəcək. Burda bu fərdi hərəkət etdirdikdə olan informasiya cütün digər fərdinə sonsuz sürətlə gedir. Bunun necə həyata keçməsi qravitasiyanın necə işləməsi kimi elmə qaranlıqdır.
Əmma nəzəriyyələrdə deyillər ki, bu 4 ölçülü dünya ilə bağlı baş verən birşeydir. Bizim müşahidə etdiyimiz kainat 3D-dir. Əgər o kvark cütləri 4D kainatda(müstəvi,dünya) bir-birləri ilə  bağlıdırsa, bu əlaqə 4-cü ölçüdədirsə, burdan verilən məlumat 3D müstəvidə yox, 4D müstəvidə çatdırılacağına görə burda zaman və məkan tanımayacaq. Bu da sonsuz sürətlə ötürülmə, əlaqə səbəbi ola bilər. Yəni bu əslində 4D, 5D, 6D, 9D, sonsuz ölçüdə ola bilər…
Bəs biz sonsuz sayda ölçülü müstəvilər haqqında necə bilirik? Sim(string) nəzəriyyəsində belə bir məsələ var, bu qara maddədir. Son vaxtlarda da hər yerdə bu qaranlıq maddədən, qaranlıq enerjidən danışırlar. Bəs yaxşı bu qaranlıq maddə nədir??? Kainatımızın çox böyük hissəsi müşahidə etdiyimiz, gördüyümüz kainat deyil əslində deyilənlərə görə.. Kainatımız əslində qaranlıq maddədən ibarətdir. Dəqiq desək daha böyük hissəsi qaranlılq enerjidən ibarətdir. Alimlər müəyyən ediblər ki, heç demə bizim gördüyümüz adi maddə kainatın cəmi 4,5 faizini təşkil edir. Göürnməyən qara maddə isə kainatın çəkisinin 23 faizini təşkil edir. Qalan 72 faiz isə “qara enerjiyə” məxsusdur ki, bunun nə olduğunu alimlər bilmirlər. Belə hesab olunur ki, kainatın sürətlə genişlənməsinə görə məhz qara enerji cavabdehdir.
Qaranlıq maddə kütləyə sahib olan, lakin heç bir əlaqəyə girə bilmədiyimiz, qarşılıqlı təsir yarada bilmədiyimiz bir maddədir. Təəssüf ki, bundan artıq nəsə məlumat yoxdur. Bir kütləsi var, amma əlaqəmiz yoxdur. Əlaqəmizin, qarşılıqlı təsirin olmaması informasiya mübadiləsini həyata keçirdə bilmədiyimiz deməkdir. Qaranlıq maddəni titrədəcək informasiyanı ona verə bilmirik. Yəni, titrəşmə yolu, işıq, heç bir termodinamik qayda və üsulla əlaqə qura bilmirik. Əlimizdə qaranlıq maddəni təyin edə bilən heç bir şey yoxdur. Buna görə də kütləsindən ancaq xəbərimiz var. Burdan sual verə bilərsiz ki, kütləsini hardan müşahidə edirik? Kütləsini isə kainatda olan ümumi kütlədən müşahidə etdiyimiz kütləni çıxanda əldə ediblər(bu da dəqiq deyil, təqribi birşeydir) və belə qənaətə gəliblər.
Sim nəzəriyyəsi ilə məşqul olan alimlər qaranlıq maddə haqqında deyirlər ki, string`in müşaahidə edilə bilən “oktava”sındadır bu. Bu “oktava” misalı əslində tezliklərlə bağlı bir şeydir, amma bunu belə də izah edirlər. Oktava əslində musiqiyə aiddir, pianinanın 8 oktavası olur deyirlər.(dəqiq bilmirəm özüm də) Və pianina da 8 oktavalıq səs çıxarda bilər. Və ya insan qulağı məlum olan oktavada olan səsləri eşidə bilir. Daha üstün və ya daha alçaq olan oktavadakı səsi eşidə bilməz. Sim(string) nəzəriyyəsinə görə kainat səsdə olan tezliklər kimi tezliklərlə müşahidə olunduğuna görə müəyyən bir oktava aralığı müşahidə edilir. Və bu oktava aralığına biz 3 ölçülü kainat deyirik. Yəni biz kosmosun, zaman və məkanın mövcud olduğu bu kainatı ancaq müəyyən oktavada müşahidə edə bilirik. Daha doğrusu biz bu oktava aralığlnı müşahidə edə bilirik. Əgər bunun əalvə bir üst oktavasında qaranlıq maddə olsaydı bəlkə də bundan xəbərdar ola bilərdik, əmma riyazi üsullarla.Lakin onunla yenə əlaqə yarada bilməzdik deyilənlərə görə. Çünki müşahidə edə bilməyəcəkdik. Bizim müşahidəmiz bu qədərdir yəni, sadə desək bir pianinamız var. 9 oktavanın orda olduğunu bilirik amma pianinada o səsi çıxarda bilmirik. Buna görə də bunu müşahidə edə bilmirik. Bu səsi çıxarda bilməməyimiz eyni anda bu səsdən xəbərimizin olmamasıdır. O səsdən məlumat almamaqdır bu. Kainatın çox böyük informasiya hərəkəti görmədiyimiz bir yerdə gedir, bu dəqiqdir amma :d. Yəni qaranlıq maddə hər yerdədir, qaranlıq enerji hər yerdədir, bunlar öz aralarında informasiya mübadiləsi edirlər. Özlərinə aid fizika qanunlarını hərəkət etdirirlər.

Kainatda o qədər şey olur ki, heç birindən xəbərimiz olmur. :d Niyə də?

Aşağıdakılara da baxa bilarsiz:

http://www.phys.virginia.edu/Announcements/Seminars/Slides/S1967.pdf

#quantumchromodynamics #twophotonphysics

Leave a Reply

Your email address will not be published. Required fields are marked *