Qaranlıq və məkanımızda zaman

Keçən dəfə bir video izləyirdim və videoda bu mövzu haqqında çox gözəl izah edirdilər. Və orada bir sual ortaya çıxırdı: Biz səmaya(göyə) baxanda niyə qaranlıq görürük? Səbəbi nədir? -Günəş işığının çatmadığına görə? Bu çox yaxşı cavabdır, işıq yoxdur, buna görə də qaranlıqdır. Günəş bir ulduzdur, ondan işıq, enerji gəlir, buna görə də dünyamız işıqlı olur, aydınlanır yazsam daha doğru olar. Buna da gündüz deyirik və bundan  da gecə\gündüz qavramları yaranır.
Səmaya baxanda ulduzları görürük və onların arasındakı boşluqda qaranlığı, zülməti görürük. Görəsən göydə, kainatımızda nə qədər ulduz var? – Sonsuz sayda, düzdür? Gördüyümüzdən daha-daha-daha çoox ulduz mövcuddur. Əslində səmada o qədər ulduz var ki, hara baxsaq ulduzları görməli idik. Daha doğru yazsam, göyün üzü işıqlı, aydın olmalı idi, hər zaman. Ulduzların arasındakı o boşluqda qaranlıq olmamalı idi. Bəs niyə biz səmaya baxanda sonsuz sayda ulduza baxdığımız halda boşluqda qaranlıq görürük? – Fiziklər bu sualı çox maraqlı cavablandırıblar. Deməli ordakı ulduzların işıqları hələ bizə gəlib çatmayıb. Daha doğrusu işıq sürətinə görə o ulduzların işığı bizə çatmayıb. Buna görə də gecələr göyə baxanda sonsuz boşluğu qaranlıq görürük. Maraqlıdır düzdür?! ((:

İşıq sürətindən yuxarıda yazdım. Einstein`ə görə işıq sürəti cismin, maddənin bizim kainatda, fəzada çıxa biləcəyi ən yüksək sürətdir. Bizim kainatda, fəzamızda bu sürəti keçmək mümkün deyil, son limitdir bu. Bu sürət həmçinin bir sabitdir.
Ən başda yazmışdım ki, göyə baxanda hər yerdə ulduz görməli idik, işığı bizə çatmayan ulduzları da nəzərdə tutub yazmışdım. Bəs əgər bizə o ulduzlardan hələ məlumat gəlməyibsə, işığı çatmayıbsa onların orada olduğunu necə bilirik? Axı dedik ki, işıqdan sürətli gedə bilmərik.. Bu paradox deyil. (: Cavab isə çooox maraqlıdır, hesab edərək, proses edərək. Deməli, işıqdan sürətli gedən bir şeyimiz var. O ulduzların orda olduğunu bilirik, çünki əlimizdə işıqdan sürətli şey var, müşahidə etmək var əlimizdə. Müşahidə etmək bizim kainatda ən dəqiq, ən sürətli şeydir, əlimizdə əslində yeganə olan imkandır. Çünki bizim kainatda müşahidə edilərək zaman və məkan qavramı, onun qaydaları ortaya çıxarılır, başa düşülür. Müşahidəçilik yoxdursa zaman və məkan da deməli yoxdur. Belə bir misal çəkək, onda daha aydın olacaq:
Hal hazırda olduğum şəhərdə, Bakıda saat 1:01am-dir(gecə yarısını keçib artıq). Bəs dünyanın başqa bir şəhərində saat neçədir? Çox fərqlidir, məsələn NYC-də hal hazırda saat 5:01pm-dir(axşamdır). İzah etmək istədiyim əslində bundan çox fərqlidir. Bu saat fərqləri, qurşaqlarıdır. Tutaq ki, Bakıda 2 nəfər eyni anda, eyni saat, saniyədə saatlarını tənzimləsə və onlardan biri NY-a uçsa, ora köçüb yaşamağa başlasa bir il sonra onların saatlarını yoxlasaq saatları arasında fərqi görərdik. Çünki fərdlər arasında zaman daha fərqli keçib, daha fərqli axıb zaman. Kütləyə sahib hər bir cisim öz ətrafındaki fəzanı müəyyən qədər bükür. Kütlə, dünyanın kütləsi kosmik məkanda bükülməyə məruz qaldığı üçün zamanı bükür, daha doğrusu, dünyanın üstündə olan kütlə də bükülməyə məruz qalır, dünya ilə birlikdə. Buna görə də dünyanın üstündə zaman eyni vaxtda axmaz, keçməz. Məsələn qütbdə keçən zaman xətti, axımı ilə mənim olduğum, durduğum yerdəki zaman xətti, axımı fərqlidir, bir birindən asılı deyil. Məsələn, hazırda uzandığım kravat əvəzində divanda otursaydım mənim üçün zaman orda daha fərqli keçəcəkdi. Söhbət mikro kainatdan, dünyadan gedir, yəni bunların hamısını yalnız mikro kainatda müşahidə etsək görə bilərik, belə amma heç nə hiss etmirik.
Müşahidə bu aradakı fərqi başa düşür. İşıq təqribən saatda 299min km sürətlə gedir deyirlər. Və müşahidə, işıqdan daha sürətlə gedib prosesi yerinə yetirib, hesab edib, geri qayıdıb onun nə qədər vaxta çatacağını, nələrin olacağını çatdıra bilir.
Bu qədər şey izah etdim və bir nəticəyə gəldik.. Müşahidəçilik, müşahidə. Müşahidəni kim edir? – İnsan, yəni mən, sən, o, qonşu, qohum, dost, sevdiklərimiz və s., istənilən insan. Bayaq yuxarıda da qeyd etmişdik ki, hər kəs məkanda fərqli çəki vahidi ilə, fərqli zaman xətti ilə müşahidə edir. Bəs onda mənim gördüyüm, müşahidə etdiyim kainat, fəza ilə Sizin gördüyünüz, müşahidə etdiyiniz kainat eynidir?! – Təbii ki, yox. Və bu da sübut edildi… Mənim üçün zaman fərqli keçir. Və mən kütlələri fərqli dərk edəcəm. Mənə görə bəzi ulduzların işığı daha tez gələcək, bəzilərininki isə gec gələcək.
Bəs bu vəziyyətdə müşahidəçilik hər kəs üçün fərqli dəyişirsə, dəqiq və tək müşahidə yoxdursa onda tək və dəqiq bir məlumat, informasiya var?
Müşahidə edilə bilən kainatda yoxdur, onu dəqiq bilirik…..

***Bükmə anlayışını Sizə belə izah edim. Demək iki nəfər bir dəsmalı hərəsi bir ucundan tutmaq şərti ilə bərk dartsa, dəsmal kip dartıldığı vəziyyətdə olan zaman onun mərkəzinə hər hansısa bir nöqtəsinə daş (və ya ağır bir cisim) qoysa həmin daşın dəydiyi hissə aşağıya doğru, daha doğrusu içəriyə doğru büküləcək. Bükülmə anlayışı, bükülmə anı budur. Dəsmalın ortasına əgər dairəvi cisim qoyulsa, fəzanın, kainatın Günəşin ətrafında necə büküldüyü görülə bilər…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *