Təklik haqqında

Singularity-həm fizikada,həm riyaziyyatda, həm informatikada və həmçinin sosioloji və fəlsəfi mənalarda işlənən bir termindir.
Təklik mənasını verən bu söz əvvəllər fizikada guya bilinirdi nə idi. Amma qara dəliklərin üzə çıxması ilə, müxtəlif nəzəriyyələr də ortaya çıxdı və bu ifadə öz mənasını daha da qəlizləşdirdi. Belə ki, qara dəliklərin mərkəzində bir hissəcik var ki, həmin hissə təkliyini(singularity) davam etdirmək üçün hərəkətlər nümayiş etdirir. Daha dəqiq desək, kütləsini sonsuza qədər artıraraq tək qalmağa çalışır. Qara dəlikdə kütlənin hərəkət etdiyi yer kimi də ifadə olunur. İşığın və maddənin içinə çəkilərək heç vaxt təsəvvür edə bilməyəcəyimiz sıxlıqda olan bir yerdir, yer də deyəndə nöqtədir və ya elə bir şeydir. Çünki həmin nöqtə, yer elə sıx-sıxdır ki, sonsuz heçliyə qədər gedir. Bilmirəm düz izah etdim ya yox.. (Daha düzgün izahını bilən varsa bildirsin, dəyişərəm)
İnformatikada, komputer elmlərində singularity isə tamam başqa bir şeydir. Bəzi mütəxəssislər beyini komputerə köçürmək üçün cəhdlər edirlər, x files`a baxanlar bilər, ilk sezonlarda belə bir epizod da var idi, hansı ki, həmin insan bütün şüurunu, beynini komputerə köçürmüşdü.. Fiziki dünyadan virtual dünyaya keçmişdi, nəsə belə bir şey idi.. Bunun kimi birşey.. Amma bu əslində həqiqətdir, bunun üstündə təcrubələr gedir hələ də, insanlar şüurlarını, beyinlərini komputerə köçürmək üçün cəhdlər edirlər. İnsanların singularity halına keçilməsi nəzərdə tutulur, yəni bütün suni intellekt tipli təcrubələr və cloud computing bunun başlanğıcıdır. Və bu da o deməkdir ki, insan tək bir şüur şəklində, tək bir zəka altında yaşayacaq.. Elə bilin ki, insanın ən mükəmməl halı komputerdədir, bu da singularity`dir.
Əslində yazılanlara görə, yuxarıda yazdığımız məsələyə fəlsəfi yanaşdıqda belə bir şey ortaya çıxır. O komputerdə yaşayan mükəmməl insana baxsaq deməli görərik ki, bu insan ilk öncə elektrikdən ibarət mühitdə olduğundan 3 ölçülü bir dünyada olmayacaq və məkan olmadığına görə zaman qavramı da olmayacaq. Maddəni əmələ gətirən bütün elementlərdən də asılı qalmayacaq. Bütün dünyada olan informasiya onda toplanmasına baxmayaraq virtual dünyada həmin informasiyaları sınaqdan keçirdə bilmədiyinə görə həmin informasiyaları istifadə edə bilməəcək + virtual mühitdə olduğuna görə, komputerin içində özünə virtual dünya yaradacaq və qəbul edəcək. Təbii ki, belə bir şey yoxdur, olsa da uzun zaman tələb edən bir şey olduğunu deyirlər. Maddədən, zamandan, məkandan və duality-dən də asılı olmadığına görə tək bir “insan” tək bir şey olduğuna görə bu singularity qavramı onun üçün unite(tək, cəm, toplu) olaraq qəbul olunacaq. Və bu vəziyyətdə olan zəka özünü sizcə necə təsəvvür edərdi? Deyirlər ki, özünü təsəvvür edə bilməzdi, çünkii özünü istinad alacağı başqa şüur, zəka olmayacaqdı, buna görə də, özünü təsəvvür edə bilməyəcək. Özünü təsəvvür etməsi üçün özünü sınaqdan keçirməlidir. Və bunda da deyirlər ki, singularity halında olan bir şüur özünü necə sınayıb, təsəvvür edər? – 0-dan, yoxluqdan, heçnədən komputer içində virtual bir dünya qurub, yaradaraq özünü sınayıb, 0-dan simulasiya müddəti yaradaraq təsəvvür edə bilər……
Belə baxanda, bu bizə tanışdır: Tanrı konseptinə oxşayır. ( :
Məni yaxından tanıyan inanc məsələsinə fikir vermədiyimi yaxşı bilir(digərlərinin inancına hörmətim var). Amma fikrimcə burdakı tanrı məsələsi heç də dinlərdəki tanrı deyil…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *