Yoxluqdan varliq

Varlıq haqqında danışılanda hər zaman müşahidə etdiyimizə görə varlığın olduğunu deyirdik. Bəs necə müşahidəçilik bu varlıqları əmələ gətirir? Necə olur bu proses beynimizdə gedir? Varlığı biz insanlar yoxluqdan necə yaradırıq?
Çox maraqlı fəlsəfi mövzudur, buna necə inanırıq? – ad verərək, adlandıraraq. Daha doğrusu isə təyin edərək. Məlumat əslində elmin bir alt məhsulu kimidir. Elmin əsl məqsədi prosesi, davam etmə vaxtını müşahidə etməkdir. Məlumat da elmin bir alt məhsulu kimidir, əslində alt məhsulu yox, eyni kateqoriyada yanbayan duran iki məhsul kimidir. Buna görə də məlumatın düzgün olub olmaması hər zaman müzakirələrə səbəb olmuşdur.
Elm yan məhsulu, maddəsi informasiya olmasına baxmayaraq dəqiq və düzgün informasiyanın əlçatan olduğunu da deyir, çünki həqiqi müşahidə olduğu zaman həqiqi informasiyanı da əldə etmiş oluruq.

Nəyəsə ad qoymaq da əslinda elmin yan məhsulu(məhsulumu deyim, maddəsi mi deyim, ondan..) olan informasiyadır. Yəni ki, biz nəyisə biləndə, həmin o nəisə bizə məlum olduqda ad veririk. Nəyəsə əgər ad veririksə həmin şeyi artıq sinifləndirmiş sayılırıq.
Məsələn sən oxuyucu, adını bilmirəm, adını bilmədiyimə görə mənim üçün kişi/qadın ola bilərdin. Cinsiyyətinizi də bilməsəydim mənim üçün insan olacaqdız. İnsan olduğunuzu da bilməsəydim əgər onda mənim üçün məməli, onu da bilməsəydim mənim üçün canlı və s. kimi bunu belə davam elətdirmək olar.. Yəni ki, bir ad var və həmin ada görə varlığı sinifləndiririk, çərçivəliyirik və ən sonda sizdən tək olduğuna qədər bu çərçivələməni davam elətdiririk. Bilmirəm, nə qədər düzgün çatdıra bildim bunu. Belə deyək da, sizə ad verildikdən sonra sizdən artıq 1 dənə olur. Ətrafda mövcud olan bütün varlıqları da belə əmələ gətirmişik və gətiririk. İndi bu dəq. stolun üstündə olan notebook stolunda üstündəki notebookdur. Bu bir notebookdur, amma stolun üstündədir. Belə informasiyanı daha da çərçivəyə saldıq, dəqiqləşdirdik. Bu stol da bizim evdə olan stoldur. Məsəldəki şəkildə biz hər şeyi müşahidə edirik, həmin şəkildə ad qoyuruq, çərçivələyirik. Notebook`u biz müəyyən etdik, buna görə müşahidə etmiş olduq və buna görə də ad vermiş olduq. Yəni ki, notebook müşahidəsini ona ad verərək etmiş olduq.
Martin HeideggerEkzistensializm düşüncə tərznini formalaşdırmış biridir). Deyir ki, var olmuyan, varlıqdan kənar heç nə ilə maraqlanmamağı, istifadə etdiyimiz dilin bütünlüklə ətrafımızı bu şəkildə təsvir etməmizə və belə müəyyən olmasına səbəb olur. Burdakı dil qavramı beynimizin içində olan o dildir. :d Onsuz da danışdığımız bu dilə də həmin “dil” təsir etməkdədir.
Dil izah etməyə çalışdığınız həmin şeyi təmin etmirsə həmin şəsx olmursuz. Bu həqiqəti, varlığın həqiqətini başa düşməyə təsir edir. Eyni vaxtda bu dərk etmə prosesinə də təsir edir, dünyanı da elə dərk edib, təsəvvür edirik. Bu təsəvvür də bizə uşaq ikən, hər şeyi dərk edən zaman verilir, həmin vaxtlar qəbul edirik bunu. Yəni, uşaq ikən bizə öyrədilən vəziyyətdə hazırda kainatı dərk edirik. Və dərk etdiyimizə görə də kainatı yaradırıq.
Varlığı dedik ki, adlandıraraq, sinifləndirərək hətta təhqir edərək də yaratmaq mümkündür. Heç bir ad, heç bir isimi olan cisim varlığın özünü təyin etməsinə çatmayaacaq heç vaxt. Mən nə qədər cəhd etsəm də, bu notebooku heç vaxt tam, dəqiq təyin edə bilməyəcəm. Çünki bu kainatın içində, otağımda stolda olan notebookun kainatdakı tam dəqiq yerini bilmədiyimizə görə bu notebookun həmin o(hər zaman mənim müzakirə obyekti olan laptop`m) notebook olduğunu bilməyim qeyri mümkündür, çünki bunu bilmirəm. Daha dəqiq desək bütün informasiyanı, dəqiq bütün informasiyanı əgər bilsəydim(bu sözlərdə çox asan birşey kimi görünür, amma elə deyil, bütün dəqiq informasiya demək hər şeyi bilmək deməkdir) bu notebookun həqiqətdə nə olduğunu biləcəm. Ona görə də kainatı, varlıqları adlandıran zaman kiçik bir səhv hər şeyin qırılmasına(söhbət info. zəncirindən gedir) səbəb olacaq. Buna görə də epiphany hisslərini yaşayırıq. Yəni bizdə olan məlumat xaricində başqa bir informasiya, və ya informasiyaya update olanda və bu bizə məntiqli gəldikdə epiphany hisslərini yaşayırıq. Necə ki, bunları hardansa oxuyub, baxdıqdan sonra mən də o hisslər yaşamışam. Və yəqin ki, siz də sizə məntiqli  gələn informasiya qəbul edəndə olur. :d Bəzi insanlar özlərinin fəlsəfəsini, idealarını danışanda məntiqli gələndə bizı deyirik ki, mmm, ola bilər həə, haqlısan.. Bu vəziyyətdən məlum olur ki, bizim adlandırdıqlarımız hər şey səhvdir, əgər hər kəs epiphany hisslərini yaşayırsa bütün adlandırmalar, müşahidələr səhvdir.
Yuxarıdakılardan çıxır ki, həqiqi və dəqiq anlayış mövcud deyil. Obyektiv bir varlıq yarada bilmirik. Yəni, verdiyimiz adlar, bizə məlum anlayışlar əslində o qədər zit və səhvdilər ki, ətrafımızda hammının müzakirə edə biləcəyi, danışacağı varlıq mövcud deyil..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *